Ölkə 20:35 09.10.2021

Siyəzəndə 9-cu sinif şagirdi itkin düşdü

Siyəzən rayonunda məktəbli itkin düşüb.

Qaynarinfo APA-ya istinadla xəbər verir ki, 9-cu sinif şagirdi, 2005-ci il təvəllüdlü Nuriyev Nihad Vaqif oğlu 2 gün öncə məktəbə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məktəbli barəsində məlumatı olan şəxslərdən DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin, Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, (055) 211-55-63 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.