Dünya 23:40 20.03.2024

Slovakiya qeyri-liberal siyasətə görə Aİ maliyyəsindən məhrum ola bilər

Robert Fiko hökumətinin qeyri-liberal siyasətinə görə Slovakiyanın Avropa İttifaqı fondlarına çıxışı bloklana bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" qəzeti Avropa Parlamentinin vitse-prezidenti Martin Qoisikə istinadən məlumat yayıb.

"Fiko hökuməti qeyri-liberal siyasətə davam edərsə, Slovakiya Aİ fondlarına çıxışını itirə bilər", deyə AP vitse-prezidenti bildirib.

Nəşr aydınlaşdırır ki, Aİ Slovakiya hakimiyyətinin Viktor Orban hökumətinin Macarıstandakı hərəkətlərini imitasiyasına istinad edir. Slovakiyanın hakim partiyasının mediaya nəzarət praktikasını mənimsədiyi və həmçinin xüsusi prokurorluğu ləğv etdiyi deyilir ki, bu da qeyri-liberal addım sayılır.

"Politico" qeyd edir ki, Orbanın siyasəti ucbatından Aİ Macarıstan üçün maliyyəni dondurub və Slovakiya da oxşar aqibətlə üzləşə bilər.

Slovakiya siyasətçilərinin heç də hamısı baş nazir Fikonun hərəkətlərini dəstəkləmir. Martın 10-da ölkə prezidenti Zuzana Çaputova baş nazirin Konstitusiya Məhkəməsinin müstəqilliyini şübhə altına aldığını, bunun tamamilə qəbuledilməz və məsuliyyətsiz olduğunu bildirib.

Aydın