Sağlamlıq 16:26 25.11.2022

Son sutkanın yoluxma statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 41 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 168 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 909 nəfər müalicə olunaraq sağalıb, hazırda 284 aktiv xəstə var. Bu günə qədər 9 975 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 802, bu günə qədər isə ümumilikdə 7 367 419 test icra olunub.
 
Bu gün 561 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 150, ikinci doza vaksinlərin sayı 139 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 235-dir. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 37 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 920 621 olub.