Ölkə 16:46 04.12.2022

Son sutkanın yoluxma statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 47 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 499 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 247 nəfər müalicə olunaraq sağalıb, hazırda 269 aktiv xəstə var. Bu günə qədər 9 983 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 849, bu günə qədər isə ümumilikdə 7 382 375 test icra olunub.

Gün ərzində koronavirus əleyhinə 268 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 99, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 124, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 19 nəfərdir.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 124-dür. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 19 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 924 089 olub.