Xəbər lenti

Siyasət 10:46 14.06.2023

Spiker: "Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi Heydər Əliyevin şəxsi təşəbbüsü idi"

"Müstəqil dövlətimiz üçün ən böyük təhlükə mənbəyi olan vətəndaş müharibəsi Heydər Əliyevin parlamentə rəhbərliyi dövründə aradan qaldırılıb, ordu quruculuğunda, ictimai-siyasi sabitlik yolunda ilk addımlar atılıb". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 14-də keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib:

"Lənkərən və onun ətrafındakı rayonlarda baş verən hadisələrə münasibətini bildirərək bu barədə geniş qərar qəbul etdi. Gürülən qətiyyətli tədbirlər nəticəsində bölgədə separatçılıq hərəkətlərinə son qoyuldu". 

Spiker həmçinin bildirib ki, dəfələrlə parlament Heydər Əliyevin təklif etdiyi layihələr əsasında amnistiya aktları qəbul edib:

"Şərq aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi Heydər Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçrilən humanist aksiya olub".
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->