Xəbər lenti

Siyasət 16:29 14.11.2023

Spikerdən deputata sərt cavab: "Danışanda fikirləşin"

Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçrilən iclasında büdcə layihəsinin müzakirəsi zamanı bəzi deputatların çıxışlarına irad bildirib.

Qaynarinfo xəbər verir ki, xüsusilə Razi Nurullayevin çıxışı narazılıq yaradıb.

Sədr təəssüflə bildirib ki, bir neçə çıxışda dövlət büdcəsi barədə nəsə deyilmədi.

"Niyə bir söz tapıb, Xankəndinin büdcəsi barədə nəsə deyilmədi? Sonra da deyirsiniz ki, xanım sədr müdaxilə edir. Müdaxilə etməyim bəs nə edim? Biri deyir insanlardan qaçırıq. Biz nə zaman camaatdan qaçmışıq? Niyə məni bunu deməyə məcbur edirsiniz? Razi müəllim, sizə isə tövsiyə edirəm ki, çıxışlarınızın stilistikasına baxasınız. Siz nazirlikləri, dövlət qurumlarını nədə ittiham edirsiniz - qoçuluqda? Danışanda fikirləşin!”, deyə S.Qafarova bildirib.

Qeyd edək ki, deputat Razi Nurullayev bəzi nazirləri və qurum rəhbərlərini qoçuluqda ittiham edib.
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->