Dünya 10:50 13.06.2022

Stoltenberq Finlandiya və İsveç məsələsində Türkiyəyə haqq qazandırdı

Türkiyənin Finlandiya və İsveçin NATO-ya qoşulmasına qarşı çıxması ilə bağlı təhlükəsizlik narahatlıqları əsaslıdır. 

Qaynarinfo "Ajazeera” saytına istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib

Türkiyə Finlandiya və İsveçin ona qarşı silah embarqosu tətbiq etməsi və Türkiyənin terrorist təşkilatı kimi tanıdığı qruplara yaxın adamların bu ölkələrdə qorunmasını əsas gətirərək hər iki ölkənin NATO-ya üzvlüyünə etiraz edib.

Stoltenberq Türkiyənin Qara dənizdə Avropa ilə Yaxın Şərq arasında strateji mövqeyinə görə NATO-nun əsas müttəfiqi olduğunu deyib. O, Rusiya işğalından sonra Ankaranın Ukraynaya verdiyi dəstəyi də vurğulayıb.

"Bunlar haqlı narahatlıqlardır. Söhbət terrordan gedir, silah ixracından gedir”, – Stoltenberq bazar günü Finlandiyanın Naantali şəhərində Finlandiya prezidenti Sauli Niinisto ilə birgə mətbuat konfransında deyib.

Stoltenberq və Niinistö Türkiyə ilə danışıqların davam etdiriləcəyini bildirsələr də, danışıqlarda irəliləyiş barədə məlumat verməyiblər.

"Biz yadda saxlamalı və başa düşməliyik ki, heç bir NATO müttəfiqi Türkiyə qədər çox terror hücumuna məruz qalmayıb”, - Stoltenberq bildirib. 

Stoltenberq deyib ki, NATO-nun iyunun sonunda Madriddə keçiriləcək toplantısı Finlandiya və İsveçin hərbi alyansa üzv olması üçün son tarix deyil. 

Nurlan Hüseynov