Dünya 16:17 11.01.2023

Stoltenberq NATO üzvlərinin Ukraynaya zirehli texnika tədarükü planını təsdiqlədi

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ, Almaniya və Fransanın yaxın gələcəkdə Ukraynaya yüngül tanklar və piyada döyüş maşınlarının tədarükünə başlamaq planını təsdiqləyib. 

Qaynarinfo MK-ya istinadla xəbər verir ki, o, bunu Avropa Komissiyası ilə birgə iclasdan əvvəl bəyan edib.

"Bu siyasət əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracq", - deyən baş katib qeyd edib ki, Kiyevə NATO və Aİ tərəfindən bu dəstək "görünməmiş" dəstəkdir.

Bundan əvvəl məlum olub ki, Fransa Ukraynaya zirehli maşınlar və ya təkərli AMX-10RC tankları tədarük etmək qərarına gəlib. Öz növbəsində Almaniya Kiyevə BMP Marder və SAM Patriot göndərməyə hazır olduğunu açıqlayıb.

Ötən həftənin sonunda Vaşinqton Ukraynaya növbəti, 3 milyard dollarlıq ən böyük hərbi yardım paketini ayırdığını bəyan edib. Buraya BMP Bradley, özüyeriyən haubitsalar, zirehli texnikalar, həmçinin HIMARS reaktiv yaylım atəşi sistemləri üçün mərmilər və digər döyüş sursatları daxil olacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov buna cavab olaraq bildirib ki, Qərbin Ukraynaya silah tədarükü planı "prinsipcə heç nəyi dəyişməyəcək”.

Alpər