Dünya 17:37 31.05.2023

Süni İntellekt əsasən qadınların işlərini əlindən alacaq - Araşdırma

Əksər hallarda, Süni İntellekt əsasən qadın işçilərin işlədiyi peşələri əvəz edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə əmək bazarı araşdırmaları ilə məşğul olan Revelio Labs şirkətinin dərc etdiyi araşdırmada deyilir.

Araşdırmada qeyd edilir ki, insan cəmiyyətində müəyyən bir vəzifə tutmaq üçün insanın hansı cinsdə olması lazım olduğuna dair qərəzlər mövcuddur. Məsələn, katib, inzibatçı və ya kassir vəzifələrini ənənəvi olaraq qadınlar yerinə yetirirlər. Müvafiq olaraq, süni intellekt bu peşələrdəki insanları əvəzləməyə hədəfləndiyi üçün işlərini itirənlər də əsasən qadınlar olacaq.

Tədqiqat qadınların əmək bazarında qalmasına kömək etmək üçün yeni peşələr üzrə təlim proqramlarına ehtiyac olduğunu vurğulayır. Onun müəlliflərindən biri, iqtisadçı Hakkı Özdənörən vurğulayır ki, belə bir addım həm Süni İntellekt sahəsindəki irəliləyişlərdən yararlanmağa, həm də müəyyən təcrübə və ekspertizaya malik insanları işə götürməkdən imtina etməməyə imkan verəcək.

IBM bu yaxınlarda asanlıqla süni intellektlə əvəz edilə bilən inzibati işlərin (məsələn, insan resusları sahəsi) sayını azaldıb. Beş ildən sonra bu firmada bu cür iş yerlərinin 30%-ə qədərinin fəaliyyətini dayandıracağı güman edilir.

Nizami Bağıov