İdman 11:52 29.10.2022

Supermarketdə bıçaqlanan futbolçunun durumuna aydınlıq gəldi

İtaliyanın Milan şəhərində supermarketdə bıçaqlı hücum nəticəsində yaralanan  Pablo Marinin durumuna aydınlıq gəlib.

Qaynarinfo xəbər verir ki, A Seriyası təmsilçisi "Monza"nın ispan müdafiəçisi 2 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə klubdan məlumat verilib. Açıqlamada 29 yaşlı futbolçunun Milanda Niguarda xəstəxanasında əməliyyat olunduğu və 2-3 gün həkimlərin nəzarəti altında qalacağı bildirilib. Əməliyyatın yaxşı keçdiyi və Marinin 2 ay meydandan uzaq qalacağı da ictimaiyyətin nəzərinə çatdırılıb.

46 yaşlı İtaliya vətəndaşının supermarketdən aldığı bıçaqla təsadüfi şəkildə həyata keçirdiyi hücumda Mari də daxil olmaqla 5 nəfər yaralanıb, 1 nəfər isə ölüb.

Səbuhi Həsənov