Ölkə 19:51 31.07.2023

Surət Hüseynov vəfat etdi (YENİLƏNİB)

 Sürət Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
 
Bu barədə Qaynarinfo-ya onun yaxınları məlumat verib.

 ****
Sürət Hüseynov komaya düşüb.
 
Bu barədə Qaynarinfo-ya sabiq baş nazirin yaxınları məlumat verib.
 
Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.
 
13.47
 
Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

Bu barədə Qaynarinfo-ya onun yaxınları bildirib.

Məlumata görə, sabiq nazir Moldovadan İstanbula uçarkən təyyarədə dünyasını dəyişib. Onun səhhətində problem olduğu və müalicəyə getdiyi bildirilir.
 
Qeyd edək ki, Surət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. O, Azərbaycan Respublikasının baş naziri (1993-1994), Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989-1991), baş nazirin müavini (1993), Azərbaycan Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, Azərbaycan ordusunun korpus komandiri, polkovnik, Azərbaycanın Milli Qəhrəmanı (1992–1994) olub.

Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.

Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.
 
Qeyd edək ki, bu barədə ilk xəbəri Gununsesi.info yazıb.

Seyid