Dünya 09:30 17.09.2022

Tacikistanla sərhəddə xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 103-ə çatdı

Tacikistanla sərhəddə baş verən qarşıdurmalar zamanı xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 103-ə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Qırğızıstan-Tacikistan sərhədində baş vermiş silahlı münaqişə nəticəsində sentyabrın 17-si saat 09:00-a (Bakı vaxtı ilə 07:00 - red.) səhiyyə müəssisələrinə qəbul edilən zərərçəkənlərin sayı ambulator müalicəyə göndərilən 5 nəfər də daxil olmaqla 103 nəfərdir”, - agentlik nazirliyə istinadən xəbər verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, zərərçəkənlərin əsasən bədənin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var.

Bundan əvvəl 24 nəfərin öldüyü, 87 nəfərin isə yaralandığı barədə məlumat verilib.