Xəbər lenti

Ekonomiks 18:41 16.04.2024

Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq

Azərbaycanda taksi xidməti bahalaşıb. 

Valyuta.az xəbər verir ki, bununla bağlı taksidən istifadə edən müştərilər bildirib. Müştərilərdən birinin sözlərinə görə, tez-tez istifadə etdiyi marşrut xətti üzrə qiymətlər ən azı 1 manat bahalaşıb. 

Müştəri iddia edir ki, əvvəl 4-5 manata getdiyi məsafə 6 manata qədər bahalaşıb. 

"Günün pik saatlarında isə qiymətlər 2 manatdan daha çox bahalaşır”, - deyə müştəri bildirib. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?