Xəbər lenti

Dünya 19:19 18.04.2024

Tarixdə ilk dəfə: Danimarka USQ üçün Ukrayna istehsalçılarından silah alır

Danimarka Ukrayna Silahlı Qüvvələri (USQ) üçün Ukrayna silah və hərbi texnikasının birbaşa yerli istehsalçılardan alınması üçün 200 milyon Danimarka kronu (28,5 milyon dollar) ayırmağa qərar verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Strateji Sənaye Nazirliyinin rəhbəri Aleksandr Kamışin məlumat verib.

Bu, tarixdə ilk belə haldır və digər ölkələr üçün presedent yaradacağı gözlənilir. Ukrayna son aylar ərzində təcili olaraq öz tərəfdaşlarından belə bir qərar tələb edir.
"Ukraynanın müdafiə sənayesi artıq o dərəcədə sürətlənib ki, Ukrayna büdcəsi istehsalçıları sifarişlərlə tam yükləyə bilmir. Ukraynanın müdafiə sənayesinin gücü təxminən 20 milyard dollardır. Eyni zamanda, Ukraynanın silah alışı üçün cəmi 6 milyard dolları var. Kobud desək, bizim ölkədə bütün dəzgahların cəmi üçdə biri işləyir, çünki qalanlarını sifarişlə təmin etmək üçün kifayət qədər pul yoxdur”, - Kamışin bildirib. 

Onun sözlərinə görə, bu vəziyyətdən ən yaxşı çıxış yolu Ukrayna üçün silah almağa hazır olan tərəfdaşları bunu ukraynalı silah istehsalçılardan almağa inandırmaqdır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->