Xəbər lenti

Dünya 08:35 03.04.2024

Tayvanda 7,7 bal gücündə zəlzəıə: 4 ölü, 100-ə yaxın yaralı var

Çərşənbə günü səhər saatlarında Tayvan sahillərində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Tayvanın "Çjunşi Sinvenyan” informasiya portalı məlumat yayıb.

Daha əvvəl "Reuters” adanın yanğınsöndürmə idarəsinə istinadən 1 ölü və 50-dən çox yaralı haqqında məlumat yayıb.

Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə 03:58) baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, zəlzələ ocağı isə 15,5 km dərinlikdə yerləşib. Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan qeydə alınıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->