Ölkə 12:50 24.07.2022

TƏBİB: Goranboyda qəzada xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib

Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib.

Bu barədə Qaynarinfo-ya TƏBİB-dən bildirilib.

Qeyd edilir ki, rayonun Qaramusalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan 3 nəfər hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasında yüngül xəsarətlərlə müalicəsini davam etdirir.

Qeyd edilir ki, onların vəziyyətləri qənaətbəxşdir və müalicələri davam etdirilir. Zəruri tibbi yardım göstərilən 21 nəfər ambulator müalicə üçün evə buraxılıblar.