Xəbər lenti

Ölkə 17:20 06.04.2024

Tələbənin çantasını oğurladı, 23 gün həbs cəzası aldı

Bakıda Dənizkənarı Bulvarın ərazisində tələbənin çantası oğurlanıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 2001-ci il təvəllüdlü, Suraxanı rayon sakini Cəfər Əlibəyov (ad-soyad şərti) saxlanılıb. 

Belə ki, təqsirləndirilən şəxs "Dəniz Mall" Ticarət Mərkəzinin yaxınlığında oturacağın üzərindən tələbə Ayişə Zamanovaya (ad-soyad şərti) məxsus içərisində bank kartları, 70 manat pul və tələbə bileti olan çantanı götürərək hadisə yerindən qaçıb. 

Oğurluğu törədən şəxs 4 aprel 2024-cü il tarixdə saat 16:20 radələrində tutulub. 

Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və 23 gün müddətinə inzibati qaydada həbs edilib. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->