Dünya 12:00 09.03.2024

Tərcüməçi Zelenski və Ərdoğanın mətbuat konfransında özünü biabır etdi, dəyişdirildi (VİDEO)

Sinxron tərcüməçi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın bəyanatını və jurnalistin Ukrayna prezidenti Volodimir Zelenskiyə sualını tərcümə edə bilməyib.

Qaynarinfo "Rosbalt"a istinadla xəbər verir ki, hadisə iki ölkə başçılarının Türkiyədə keçirdiyi mətbuat konfransında baş verib və videoya çəkilib, sonradan sosial şəbəkələrdə yayılıb.

Tərcüməçi öz işinin öhdəsindən layiqincə gələ bilməyib və yalnız bir-birinə uyğun olmayan söz və hərfləri tələffüz edib. Nəhayət Zelenski özü də vəziyyətə müdaxilə etməli olub. O, müxbirdən ona ingilis dilində sual verməsini istəyib. Nəticədə tərcüməçi dərhal dəyişdirilib.

Xatırladaq ki, Zelenski ötən cümə günü, martın 8-də Ərdoğanla danışıqlar aparmaq üçün İstanbula gedib. Bundan əvvəl Türkiyə Rusiya və Ukrayna arasında danışıqları təşkil etməyə hazır olduğunu bildirib.

Alpər