Ölkə 09:06 29.04.2023

Tərtərdə 3 nəfərin həlak olduğu mina partlayışının təfərrüatları

Ötən gün Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisindəki insan tələfatı ilə nəticələnən mina partlayışının bəzi təfərrüatları məlum olub.

Qaynarinfo report-a istinadən xəbər verir ki, hadisə Talış kəndində qeydə alınıb. Hadisənin baş verdiyi ərazi əvvəllər qoşunların təmas xətti olub.

ANAMA əməkdaşlarının hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina basdırılıb. Hərəkətdə olan avtomobil şahmat üsulu ilə basdırılan minalardan birinə toxunub.

Bu zaman baş verən partlayış zamanı avtomobil yoldan kənara düşüb.

Parlayan minanın TM62 PM markalı tank əleyhinə mina olduğu ehtimal edilir.

Hadisə zamanı həlak olan hər üç şəxs ANAMA-nın dronla minaxtarama komandasının üzvü olublar.