İdman 10:48 10.10.2023

Titenin yeni iş yeri müəyyənləşdi

"Flamenqo"nun yeni baş məşqçisi bəlli olub.

Qaynarinfo-nun məlumatına görə, Xorxe Sampaoli ilə yollarını ayıran "Flamenqo" braziliyalı mütəxəssisə tapşırılıb.  Mövsümə Vitor Pereyra ilə başlayan və daha sonra Xorxe Sampaoli ilə anlaşan klub sentyabrın sonunda arzu olunan nəticələrqazanmadığı üçün argentinalı çalışdırıcı ilə vidalaşmışdı. 

"Flamenqo"dan verilən açıqlamada Tite ilə 2024-cü ilin dekabrına qədər müqavilə imzalandığı bildirilib. Titenin köməkçiləri də məluma olub. Ona Matheus Baxi, Kleber Xavier, Sezar Sampaionun kömək edəcəyi, Fabio Mahseredjianın fiziki hazırlıq üzrə məşqçi və Lukas Oliveyranın da performans analitiki olacağı açıqlanıb.

Tite sonuncu dəfə Braziliya millisini çalışıdırıb və ötən ilin dekabrında vəzifəsindən istefa verib.
 


Səbuhi Həsənov