Siyasət 23:17 05.06.2023

Toivo Klaar Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Aİ-nin xüsusi nümayəndəsinin ofisindən məlumat verilib.

"Bu həftə Avropa İttifaqının xüsusi nümayəndəsi cənab Klaarın Ermənistan və Azərbaycana səfəri gözlənilir. Bakı üçün dəqiq tarix hələ təsdiqlənməyib, lakin bu səfər İrəvan səfərindən sonra baş tutacaq.