Xəbər lenti

Siyasət 16:06 11.03.2024

Tokayev Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Qaynarinfo xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

Tokayev martın 11-də Şəhidlər xiyabanını ziyarət edib. Prezident Kasım-Jomart Tokayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?