Xəbər lenti

Dünya 16:35 15.03.2024

Tokayev Qazaxıstanı Qızıl Ordanın varisi adlandırdı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsini Qızıl Ordanın varisi adlandırıb. 

Qaynarinfo Nur.kz-yə istinadən xəbər verir ki, bu fikirləri o, milli qurultayda çıxışı zamanı deyib.

"Qazaxıstan Böyük Çölün köçəri sivilizasiyasının birbaşa varisidir. Mərkəzi Avrasiyanın geniş ərazilərində dövlət quruculuğunun tanınmış zirvəsi həmişə Qızıl Orda kimi dünyaca məşhur olan Coçi Ulusu olub", deyə Tokayev bildirib.

O qeyd edib ki, bu orta əsr dövlətinin geosiyasi irsi bir sıra Avrasiya dövlətlərinin, o cümlədən Qazax xanlığının yaranması üçün əsas olub.

Eyni zamanda, onun fikrincə, Coçi Ulusu da Roma İmperiyası kimi, Böyük Çöl dövlətləri və xalqları üçün uzun əsrlər boyu inkişaf standartlarını müəyyən edib.

Tikayev bildirib ki, Qazaxıstan Qərbin təsirinə baxmayaraq, ənənəvi dəyərləri gücləndirməyi hədəfləyir. 

"Biz Qərbin və digər cərəyanların təsiri altında mədəniyyətimizə yad olan dəyərləri təbliğ edənlərin ardınca gedə bilmərik və getməyəcəyik" deyən Tokayev belə dəyərlərin dünyanın dualistik əsaslarına zidd olduğunu vurğulayıb.

O, Qərbin əks-təbliğatını dağıdıcı adlandıraraq ənənəvi ailə dəyərlərinin qorunub saxlanmasının zəruriliyini qeyd edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?