İdman 12:26 24.12.2023

Tovuzda dünən başlayan oyun bu gün bitdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
 
Qaynarinfo xəbər verir ki, ötən gündən təxirə salınmış matçda "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma Tovuz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Saat 12:00-da başlanan görüş 81-ci dəqiqədən davam edib. 89-cu dəqiqədə Ayxan Quseynov fərqlənib.

Meydan sahibləri bu nəticədən sonra xallarının sayını 22-ə çatdırıb və "Sabah"la birlikdə 6-7-ci yerləri bölüşdürür. Naxçıvan klubu 26 xalla beşincidir.

Qeyd edək ki, matç ötən gün işıq dirəklərinin birinin aşması nəticəsində təxirə salınmışdı.