Dünya 18:38 22.02.2023

Tramp: "Bayden Kiyevi dəstəkləməklə III Dünya Müharibəsini yaxınlaşdırır"

ABŞ prezidenti Co Bayden Ukraynaya dəstək hərəkətləri ilə bəşəriyyəti üçüncü dünya müharibəsinə sövq edir. 

Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, bu barədə eks-prezident Donald Tramp deyib.

Tramp özünün "Truth Social” sosial şəbəkəsində yazıb ki, Baydenin Ukrayna ilə bağlı atdığı addımlar onun "sistemli, lakin bəlkə də şüursuz şəkildə” dünyanı üçüncü dünya müharibəsinə doğru itələməsinə gətirib çıxarır.

Eyni zamanda, keçmiş Amerika lideri Ağ Evi bütün "mühqaribə qızışdıranlardan və Amerika dərin dövlətində, Pentaqon, Dövlət Departamentindəki sonuncu qlobalistlərdən" "təmizləyəcəyini" vəd edib.

Xatırladaq ki, Tramp indiki ABŞ administrasiyasının hərəkətləri səbəbindən "üçüncü dünya müharibəsi təhlükəsi” barədə dəfələrlə bəyan edib.

Alpər