Dünya 14:09 16.11.2022

Tramp söz verdi: Qalib gəlsə, ABŞ-ın seçki sistemini dəyişəcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkədəki seçki sistemini dəyişəcəyinə söz verib.

Qaynarinfo bu barədə CNBC telekanalına istinadla xəbər verir.

Onun sözlərinə görə, seçki məhdudiyyətlərinin siyahısı dəyişdirilməlidir: Tramp səsverməni yalnız kağız bülletenlərə qaytarmaq, seçicilərə bir gün ərzində səs verməyə icazə vermək, həmçinin səsverməyə daxil olmaq üçün fotoşəklinin məcburi təqdim edilməsini tətbiq etmək niyyətindədir. Bundan əlavə, o, səsvermə günündən sonrakı gecə bütün səslərin hesablanması qaydasını bərpa etmək istəyir.

"Bu, mənim üçün çox şəxsi işdir, mən bunu bütün qəlbimlə edirəm", - Tramp deyib.

Xatırladaq ki, 2020-ci ildə ABŞ prezident seçkilərində uduzduqdan sonra Tramp qalib gəldiyini, lakin səslərin hesablanmasında "korrupsiya və saxtakarlıq” olduğunu bildirmişdi. Xüsusilə, bülletenlərin poçtla göndərilməsi səbəbindən səslərin ləng sayılmasını saxtakarlıqda günahlandırıb və seçkidən sonra səslərin sayılmayacağının tərəfdarı olub.
 
Alpər