Xəbər lenti

Dünya 13:40 13.04.2024

Tramp Ukraynaya yardımın təsdiq olunmasını dəstəklədi, lakin başqa şəkildə...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşdən sonra açıq şəkildə bildirib ki, o, Ukraynaya yardımın yox, kredit şəklində təsdiqlənməsinin lehinədir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Hill" yazır.

Mar-a-Lago villasında Conson ilə açıqlama vermək üçün çıxan Tramp "bunu sadəcə bir hədiyyə olaraq deyil, borc olaraq etməyi düşündüklərini" söyləyib.

"İndi biz milyardlarla dollar dəyərində hədiyyələr verməyə davam edirik və bu məsələni araşdırırıq. Amma mənim üçün Avropanın daha fəal iştirak etməsi və pul verməsi daha vacibdir. Onlar buna uyğun nəsə verməlidirlər, bu baş verməsə, çox təəssüflənəcəyəm, çünki bunun bizdən çox onlara dəxli var”, - Donald Tramp bildirib.

Xatırladaq ki, cümə günü Nümayəndələr Palatasının spikeri Mayk Conson Ağ Ev rəsmiləri ilə Ukrayna və İsrailə yardım layihəsini müzakirə edib. Bu layihə Senatın təklif etdiyi 95 milyard dollarlıq dəstək paketindən fərqli olacaq və respublikaçıların bir neçə tələbini özündə əks etdirəcək. Bundan sonra Conson Trampla görüşə gedib.

Məlum olduğu kimi, Tramp aylardır ABŞ-ın Ukraynaya gələcək yardımına şübhə ilə yanaşır, bunun ABŞ-ın həyati maraqları üçün əhəmiyyət kəsb etmədiyini və bu məsələdə əsas məsuliyyətin Avropanın üzərinə düşməli olduğunu deyir. Trampın fikirləri Konqresdəki Respublikaçılara əhəmiyyətli dərəcədə təsir edir və bu, Ukraynaya dəstək üçün əlavə maliyyənin ayrılmasını çətinləşdirən amillərdən biri olub.

Konqresin hər iki palatasındakı demokratlar, Ukraynaya kredit yardımı məsələnin nəhayət həllinə kömək edəcəyi təqdirdə, onların ən çox bəyəndiyi variant olmasa da, danışmağa hazır olacaqlarını bildiriblər.

Prezident Volodimir Zelenski bu yaxınlarda bildirib ki, başqa variant olmasa, Ukrayna ABŞ-dan kredit yardımı almağa razı olacaq.\

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->