Xəbər lenti

Dünya 19:00 08.04.2024

Trampdan küsənlər ABŞ-da yeni siyasi partiya yarada bilər

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın keçmiş tərəfdarları və ofisinin əməkdaşları öz partiyalarını yaratmaq qərarına gəliblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

"Respublikamız üçün Donald Trampdan daha böyük təhlükə törədən heç vaxt olmayıb", deyə qəzet ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeynidən sitat gətirir.

Qeyd edilir ki, bir sıra keçmiş Tramp tərəfdarları MAGA hərəkatını (Trampın Amerikanı yenidən möhtəşəm et hərəkatı-red.) dəstəkləməkdən imtina ediblər. Nəşr qeyd edib ki, keçmiş liderlərinin hərəkətlərinə qarşı çıxan bəzi keçmiş trampçıların Mühacirətdə Respublika Partiyası və ya Azad Respublika Partiyası yaratmaq ideyası ortaya çıxıb.

Azad Respublikaçılar Partiyası da mühafizəkarlığı, institutların dəyərini və qanunun aliliyini dəstəkləyəcək. Onlar "yalana əsaslanan və Amerikanın təməllərinə düşmən olan" MAGA hərəkatı ilə mübarizə aparacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->