Dünya 11:38 08.07.2023

TSQ Şimali İraqda əməliyyat keçirdi: Zəfər Akgün məhv edildi (FOTO)

İraqın şimalından Türkiyəyə qarşı bir çox hücumlarda iştirak edən PKK terrorçusu, təşkilatın "rəhbər heyəti"nə daxil olan Zəfər Akgün Türkiyə Silahlı Qüvvələrinin (TSQ) təşkil etdiyi əməliyyatda zərərsizləşdirilib.

Qaynarinfo "AHaber"ə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindəki mənbələr məlumat verib.

Məlumata görə, iyunun sonunda İraqın şimalında hərəkətdə olan bir qrup terrorçu aşkar edilib. Bölgəyə göndərilən edilən pilotsuz hücum uçuş aparatı (TİHA) ilə həyata keçirilən əməliyyatda terror qruplaşması zərərsizləşdirilib.
 


Zərərsizləşdirilən terrorçular arasında "Zana Govend" kod adlı terrorçu Zəfər Akgün də olub. Onun İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinə qarşı bir çox hücumda iştirak etdiyi müəyyən edilib.

Aydın