Xəbər lenti

İdman 23:50 13.04.2024

Tsxadadze: “Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm”

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram”.

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqanın 30-cu turunun "Turan Tovuz”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, komandasının məğlubiyyətini şərh edib.

- Birinci Liqanın oyunlarını izləyirsiniz?

- Hələ ki yox.

- Mediada yazılanlara görə, Premyer Liqada komanda sayı artırılacaq və sonuncu yeri tutan I Liqanı 3-cü yerdə bitirən komanda ilə qarşılaşacaq. "Qəbələ” I Liqa təmsilçisini məğlub edə biləcək gücdədir?

- Bilmirəm. Dəqiq olan bir şey yoxdur. Dəqiq olsa, müzakirə edərik.

- Açıqlamalarınızda futbolçuları tənqid edirsiniz. Bu, onlarda ruh düşkünlüyü yaratmır?

- Onlarda mənfi fikir yaranması ilə razı deyiləm. Həmişə onlarla müzakirələr aparırıq. Hər şeyin insanın üzünə deyilməsinin tərəfdarıyam. Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəm, ona yaxşı məşqçi olduğumu sübut edəcəyəm. Oyunçular da yaxşı olduqlarını sübut etməlidir. Xarakter göstərmək lazımdır. Zəif adamlar tez ruhdan düşür. Onların hər birinə inanıram. Bu gün gənc futbolçunu meydana buraxdıq. Sanki 20 ildir bu komandada oynayır. Özünü çox yaxşı göstərdi.

- Penalti gözlədiyiniz epizodlar oldu. Həmin epizodlar haqda fikrimiz necədir?

- Hakimlər haqda danışmayacağam. Çünki, mənası yoxdur. Biz də penalti olduğunu gözləyirdik.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->