Sənət 13:27 02.10.2022

"Türk” adının türkdilli tarixi qaynaqlarda qeydə alındığı ilk kitabə təqdim olunacaq

Beynəlxalq Türk Akademiyasının Monqolustanda həyata keçirdiyi arxeoloji tədqiqatlar nəticəsində aşkar olunan İkinci Göytürk Xaqanlığının qurucusu İltəriş Kutluq Xaqana aid olduğu düşünülən abidə kompleksi və daş kitabənin oktyabrın 4-də Bakı Dövlət Universitetində təqdimatı və fotosərgisi təşkil olunacaq.

Qaynarinfo xəbər verir ki, daş kitabənin özəlliyi "Türk” adının türkdilli tarixi qaynaqlarda qeydə alındığı ilk mənbə olmasıdır.

Digər önəmli məqam kitabənin ötən əsrin sonlarında Orxon abidələrinin (Bilgə Xaqan, Kültegin, Tonyukuk) Qərb mütəxəssisləri tərəfindən kəşfi və tədqiqindən 130 il sonra Türk Akademiyasının alimləri tərəfindən kəşf edilməsi və oxunmasıdır.

Abidənin kəşfi türk yazı tarixi və əlifbasının düşünüləndən daha qədim olduğunu isbat edir.