Dünya 11:45 31.12.2023

Türk diplomatı şəhid edən terrorçu zərərsizləşdirildi

Türkiyəli diplomat Osman Kösenin İraqda şəhid olduğu aksiyanın səbəbkarlarından PKK-lı Rənas Derik kod adlı Cəmil Akar zərərsizləşdirilib.

Qaynarinfo TRT Haber-ə istinadən xəbər verir ki, terrorçu MİT və Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalına qarşı keçirdiyi birgə hava əməliyyatında zərərsizləşdirilib.

Qeyd edək ki, Osman Köse 2019-cu ilun 17 iyulunda İraqın Ərbil şəhərində PKK-nın hücumuna məruz qalıb və şəhid olub.