Ekonomiks 16:53 25.10.2023

Türk iş adamının Azərbaycandan çıxışına qadağa qoyula bilər

"İSHİ İnşaat Mimarlık Mühəndislik Əmlak Turizm Sənayi və Ticarət Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının baş direktoru Halil İbrahim Karaçelikin ölkədən çıxışına yenidən qadağa qoyula bilər. 

Qaynarinfo-nun məlumatına görə, bu iddia ilə İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.

İdarə tərəfindən məhkəmədə iş adamı barəsində "Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)” iddiası qaldırılıb. 

İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, ötən il də iş adamının ölkədən çıxışına "stop” qoyulması ilə bağlı məhkəməyə müraciət edilmişdi. Məhkəmə işinə qədər borc ödənildiyindən bu məsələyə xitam verilib.

Əhməd