Dünya 14:26 16.07.2023

Türk komandolar PKK-nın daha bir məsul şəxsini məhv etdi

Türk komandoları havadan dəstəkli əməliyyatla İraqın şimalında terror təşkilatı PKK-nın Avaşin əyalətində təşkilatın "rəhbər heyəti"nə daxil olan Bilal Onatı zərərsizləşdirib.

Qaynarinfn AA-ya istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyindəki mənbələrdən alınan məlumata görə, Avaşin bölgəsində hücuma hazırlaşan bir qrup terrorçu PUA tərəfindən aşkarlanıb.

Bölgədə hava dəstəkli əməliyyat keçirilib və terrorçu qrup zərərsizləşdirilib. Məhv edilən terrorçulardan birinin "Devrim Garzan" kod adlı Bilal Onat və "Sidar Amed" kod adlı Mazlum Yılmaz olduğu müəyyən edilib.

Terrorçulardan Nilal Onat adlı şəxsin terror təşkilatının Avaşin əyalətində "rəhbər heyət"ə daxil olduğu bildirilib.

Türkiyə Silahlı Qüvvələrinin ötən həftə keçirdiyi əməliyyat zamanı terror təşkilatının Zap bölgəsindəki məsul şəxsi, "Serzan Mava" kod adlı terrorçu Ferit Yüksel gizləndiyi mağarada zərərsizləşdirilmişdi.

Aydın