Siyasət 14:05 05.02.2023

Türk nazir: "Ermənistanla sərhədləri aça bilərik, amma Azərbaycanın hüquqları qorumalıdır"

Türkiyənin ticarət naziri Mehmet Muş ölkəsinin Ermənistanla sərhədlərinin açılmasından danışıb.

Qaynarinfo bu barədə "Hürriyyət"ə istinadən xəbər verir.

Qarsa səfər edən nazir AKP üzvləri ilə görüşüb. O, Ermənistana açılması planlaşdırılan "Şərq qapısı" ilə danışıb: 

"Bu, bizim sərhəd əyalətlərimizdən biridir və sərhəd qapısının açılması üçün müəyyən prosedur və üsullar var. Buradakı "Şərq qapısı" bir az fərqli vəziyyətdədir. Xarici İşlər Nazirliyimiz lazımi danışıqları aparır. Orada Azərbaycanın hüquqlarını qorumaq lazımdır. Orada bir razılıq əldə olunarsa, texniki infrastrukturu hazırlamaq bizim işimizdir. İnfrastrukturu tez bir zamanda tamamlaya bilərik. Əgər burada lazım olan kadrlar və digər infrastruktur varsa, nazirliyimiz bunu tez bir zamanda başa çatdırmaq gücə sahibdir".

Qeyd edək ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra Türkiyə bu ölkə ilə bütün diplomatik əlaqələri kəsib. II Qarabağ müharibəsindən sonra Türkiyə və Ermənistan arasında normallaşma prosesi başlayıb.

Aydın