Dünya 13:22 23.03.2024

Türk orusu İraqda əməliyyatı davam etdirir: 12 PKK terrorçusu məhv edildi

İraqın şimalındakı Metina bölgəsində Pençe-Kilit əməliyyatını davam etdirən Türkiyə Ordusu 12 PKK terrorçusunu zərərsizləşdirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada Türkiyə Silahlı Qüvvələrinin terror yuvalarını məhv etməyə davam etdiyi bildirilib və Pençe-Kilid əməliyyatı çərçivəsində İraqın şimalındakı Metina bölgəsində aşkarlanan 12 PKK terrorçusunun məhv edildiyi bildirilib.

"Qəhrəman Türk Silahlı Qüvvələrimiz terror yuvalarını yerlə bir etməyi əzm və qətiyyətlə davam etdirəcək", deyə nazirlik qeyd edib.

Aydın