Xəbər lenti

Ekonomiks 20:51 15.04.2024

Türk şirkətinin Azərbaycan filialı cərimə olundu

"Zirve Yatırım və Dış Ticarət Limited Şirkəti"nin Azərbaycan Respublikası Filialı inzibati qaydada cərimə edilib. 

Qayanrinfo-nun məlumatına görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Məhkəmənin qərarı ilə "Zirve Yatırım və Dış Ticarət Limited Şirkəti"nin Azərbaycan Respublikası Filialı 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 300 manat məbləğində cərimə olunub.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?