Ölkə 13:55 30.07.2022

Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın göndərdi

Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın verib.

Qaynarinfo-nun xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Qarabağda minalı ərazilərin təmizlənməsində istifadə olunacaq "MEMATT"lar (Mexaniki Mina Təmizləmə Təchizatı) qardaş Azərbaycan üçün xeyirli olsun. Ümumilikdə qardaş Azərbaycana 20 "MEMATT" verilib”, - nazirlikdən bildirilib.