Dünya 12:42 27.01.2023

Türkiyə İsveçi irqçilik və nifrətdə ittiham etdi, üçtəfəli görüşü təxirə saldı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçi irqçilik və nifrətdə ittiham edib. 

Qaynarinfo AP-yə istinadla xəbər verir ki, Çavuşoğlunun sözlərinə görə, ölkə hakimiyyəti Stokholmda anti-islamçıların və kürd qrupların tərəfdarlarının etirazlarına icazə verib.

Türkiyəli nazir İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Brüsseldə keçiriləcək üçtərəfli görüşün təxirə salınmasını da təsdiqləyib. Onun sözlərinə görə, İsveçdəki etirazlarla bağlı vəziyyəti nəzərə alsaq, görüş "mənasız” olardı.

Ötən gün Türkiyənin İsveç və Finlandiya ilə bu ölkələrin Şimali Atlantika Alyansına daxil olması ilə bağlı danışıqları qeyri-müəyyən müddətə təxirə saldığı xəbəri yayılıb. Belə ki, Ankara bu yaxınlarda Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quranın ictimaiyyət qarşısında yandırılmasına cavab verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, İsveç Türkiyənin NATO-ya üzv olmaq cəhdini dəstəkləyəcəyini gözləməyə bilər.

Eyni zamanda Ankara Türkiyənin Şimali Atlantika Alyansından çıxmaq imkanını nəzərdən keçirmədiyini vurğulayıb.

Alpər