İdman 14:00 17.12.2022

Türkiyə millisinin üzvü yarışlardan kənarlaşdırıldı - Dopinqə görə

Rumıniyada 10 km məsafəyə qaçış üzrə yarışda qadağan olunmuş maddələrdən istifadə etdiyi aşkarlanan Türkiyə millisinin Keniya əsilli üzvü Aras Kayanın cəzası müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, atlet idman yarışlarında 3 il müddətə uzaqlaşdırılıb. "Integrity in Athletics Unit" tərəfindən verilən açıqlamada analizlərində eritropoietin (EPO) adlı qadağan olunmuş maddə olduğu təsbit edilən Qayanın 3 il müddətinə idman yarışlarında iştirakının qadağan edildiyi bildirilib. İlkin olaraq 4 illlik müəyyən edilən cəzanın müddəti idmançının qayda pozuntusunu dərhal qəbul etməsi səbəbindən 3 ilə endirilib. 

Cəza dekabrın 4-dən etibarən hesablanacaq. Bununla yanaşı idmançının sentyabrın 25-dən sonra qatıldığı yarışlardakı qazandığı dərəcələr və mükafatlar ləğv edilib.

Səbuhi Həsənov