Dünya 10:05 14.07.2022

Türkiyə, Misir və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulmaq istəyir

Türkiyə, Misir və Səudiyyə Ərəbistanı BRİKS-ə üzvlük üçün müraciət etməyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu haqda təşkilatın beynəlxalq forumunun prezidenti Purnima Anand bildirib.

Onun sözlərinə görə, qərar artıq 2023-cü ildə Cənubi Afrikada keçiriləcək sammitdə verilə bilər, - "İzvestiya" yazır. O qeyd edib ki, hər üç ölkə "qoşulmaqda maraqlıdır”.

"Bu, BRİKS-in bütün dünyada təsirini açıq şəkildə artıracaq", - Anand vurğulayıb.

Çin, Rusiya və Hindistan iyunun 23-24-də Pekində assosiasiya liderlərinin sammitində BRİKS-ə yeni ölkələrin qəbulu imkanlarını müzakirə ediblər.

Öz növbəsində, BRİKS-də Rusiya Federasiyasının Sous-Şerpa üzvü Pavel Knyazev əlavə edib ki, hələ assosiasiyaya yeni üzvlərin qəbulu üçün meyarları hazırlamaq lazımdır”.
 
Alpər