Dünya 16:30 04.02.2023

Türkiyə müxalifətinin yeni strategiyası (ŞƏRH)

"Türkiyədə seçki prosesinin dəqiq nə vaxt başlayacağı ilə bağlı Konstitusiya maddəsi və hakimiyyətin təklif etdiyi model mövcuddur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Türkiyədə seçkilərə 100 gün qalmış mövcud vəziyyəti şərh edərkən deyib. Ekspert bildirib ki, hələlik bu mövzu müzakirəyə açıq qalır:
 


"Öncə onu qeyd edim ki, seçki iyunun 18-də olmalı idi. Hakimiyyət isə mayın 14-də keçirilməsini təklif edib. Lakin müxalifət və bəzi Konstitusiya ekspertləri buna etiraz edir. Onlar deyir ki, prezidentin mayın 14-nü seçki günü elan etmək hüququ olsa da, bu halda Rəcəb Tayyib Ərdoğan özü namizəd ola bilməz. Ona görə də, hələlik bu mövzu müzakirəyə açıq qalır. 

Seçkinin konkret mayın 14-də keçiriləcəyilə bağlı qərarın verilməsi ehtimalı yüksək görünsə də, reallıqda prosesin hansı tarixdə olacağını indidən demək çətindir. Proses mayın 14-də baş tutsa, müxalifətin ciddi narahatçılığı olacaq ki, bu da seçki prosesinin özünə və mahiyyətinə ciddi təsir göstərəcək. Çünki proses hakimiyyətin istədiyi kimi 14 may üzərindən həyata keçirilərsə, budəfəki seçki təbliğatı Ərdoğanın namizədliyinin legitim olub-olmadığı üzərindən aparılacaq. Müxalifət Ərdoğanın yenidən namizəd olmaq hüququna malik olmadığı bildirir”. 

Rüfət Sultan