Xəbər lenti

Dünya 10:15 09.01.2024

Türkiyə PA: "Ərdoğan və Putinin görüşünə hazırlıq gedir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüşə hazırlıq gedir.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildirilib.

Qeyd olunub ki, iki ölkə liderinin görüşünün detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır.

"Görüş gündəmdədir, diplomatik kanallarla müvafiq işlər aparılır. Hələlik konkret bir razılıq yoxdur", - Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Xatırladaq ki, V.Putin 2024-cü ilin əvvəlində R.T.Ərdoğanla görüş planlaşdırdığını bildirmişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?