Türkiyə Milli Müdafiə Nazirliyi cümə günü (24 iyun) verdiyi açıqlamada Suriyanın şimalında Çeşme Solh, Fərat Qalxanı və Zeytun Budağı bölgələrində daha 18 PKK terrorçusunun məhv edildiyini açıqlayıb.
Qaynarinfo bu barədə Türkiyə Müdafiə Nazirliyinin saytına istinadən xəbər
verir.
Nazirlikdən verilən açıqlamada deyilir: "Türkiyə Silahlı Qüvvələri dağlarda terrorçulara qarşı qətiyyətlə və fasiləsiz mübarizəni davam etdirəcək. Bununla bağlı Çeşme Solh, Fərat Qalxanı və Zeytun Budağı ərazilərinə atəş açan 18 PKK/YPG terrorçusu məhv edilib”.
M.Arif
Şərhlər