Ölkə 10:08 07.11.2023

Türkiyə vətəndaşlarının olduğu maşın Beyləqanda kanala aşdı

Beyləqanda avtomobil su kanalına aşıb, Türkiyə vətəndaşları xəsarət alıb

Yol qəzası zamanı 3 Türkiyə vətəndaşı xəsarət alıb.

APA xəbər verir ki, Türkiyə vətəndaşı Murad Kavaklı idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yeni tikilən beton su kanalına aşıb.

Nəticədə sürücü, Türkiyə vətəndaşları - Kamal Çelik, Əmrə Bakıçı və Gəncə şəhər sakini Emin Məmmədov xəsarət alıb.