İdman 11:14 08.02.2023

Türkiyədə daha bir futbolçu zəlzələdən sağ çıxmadı

Kahramanmaraşda baş verən zəlzələdə daha bir futbolçu dünyasını dəyişib.

Qaynarinfo-nun məlumatına görə, aşağı dəstə təmsilçisi "İstiklalspor"un formasını geyinən Taner Kahriman dağıntıların altından çıxarılıb aparıldığı xəstəxanada dünyasını dəyişib. 25 yaşlı futbolçu edilən bütün müdaxilələrə baxmayaraq, sağ qala bilməyib.

Klubu futbolçu üçün başsağlığı mesajı yayımlayıb.

Səbuhi Həsənov