Dünya 17:31 02.04.2024

Türkiyədə gecə klubunda yanğında ölənlərin sayı 25-ə çatıb (YENİLƏNİB)

Türkiyədə İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, yaralılardan 3-nün vəziyyəti ağırdır.

16.59
 
İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə zamanı 15 nəfər ölüb. Hadisədə 10-a yaxın yaralının olduğu bildirilir.

Əraziyə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi qruplar göndərilib. Faktla bağlı araşdırma aparılır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnən yanğın barədə ölkənin daxili işlər naziri Ali Yerlikayaya zəng edib. Bildirilib ki, nazir Ərdoğana hadisənin nəticələri barədə məlumat verib.

16.25
 
Türkiyənin Şişli rayonunda 16 mərtəbəli binada yanğın olub.

Qaynarinfo xəbər verir ki, hadisə Posta küçəsində olub.

Yanğın nəticəsində 10 nəfər ölüb, 15-ə yaxın insan xəsarət alıb.

Məlumata görə, İstanbul valiliyi hadisə ilə bağlı araşdırma başladıb.

Qeyd edilib ki, yanğın binanın mənfi 1 və mənfi 2-ci mərtəbələrində yerləşən klubda baş verib.