İdman 15:47 06.02.2023

Türkiyədə idman yarışları dayandırıldı

Kahramanmaraşın Pazarcık rayonunda baş verən dağıdıcı zəlzələdən sonra Türkiyənin Gənclər İdman Naziri Mehmet Məhərrəm Kasapoğlu ölkədəki bütün idman təşkilatlarının növbəti xəbərdarlığa qədər ləğv edildiyini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə Kahramanmaraşda baş verən və 10 şəhəri dağıntılar altında qoyan 7,7 bal gücündə zəlzələdən sonra nazir keçiriləcək bütün milli idman təşkilatlarının ikinci bir açıqlamaya qədər dayandırıldığını açıqlayıb.
 
O, "Twitter" hesabında paylaşım edib və bu sözləri yazıb: "Ölkəmizdə keçiriləcək bütün idman yarışları növbəti xəbərdarlığa qədər dayandırılıb. AFAD-ın koordinasiyası ilə bütün müvafiq bölmələrimiz həyəcan vəziyyətindədir. Bir daha əziz xalqımıza ən xoş arzularımı çatdırıram”.
 
Səbuhi Həsənov