Dünya 00:03 02.10.2022

Türkiyədə sərnişin avtobusu aşdı, xeyli sayda yaralı var

Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonu yaxınlığında sərnişin avtobusu aşıb, xeyli sayda yaralı var.

Qaynarinfo xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Yol-nəqliyyat hadisəsi Şanlıurfa-Qaziantep avtomobil yolunda qeydə alınıb.

Hadisə nəticəsində 25 nəfər xəsarət alıb. Avtobusda olan yaralılar xilasedici qrupların köməyi ilə çıxarılıb.

Qəzanın sürücünün ötmə əməliyyatını düzgün aparmaması səbəbindən baş verdiyi iddia edilir.