Ölkə 16:41 06.02.2023

Türkiyədə təhsil alan azərbaycanlı gəncdən xəbər yoxdur (FOTO)

Türkiyənin Malatya şəhərində təhsil alan azərbaycanlı tələbədən xəbər yoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə onun yaxınları məlumat verib.

Bildirilib ki, Nəzərzadə Gündüz Mübariz oğlu Azərbaycan Tibb Universitetini bitirib. Daha sonra təhsilini davam etdirmək üçün Türkiyəyə yollanıb.

O, Malatya şəhərinin Zafer məhəlləsində yaşayırmış və zəlzələdən sonra yaxınları gəncdən xəbər ala bilmir.